"Bu təhlükəli oyunu qurtarmaq lazımdır"

"Bu təhlükəli oyunu qurtarmaq lazımdır"

"Əvvəl də demişdim. Suriyada terrorla mübarizədə ABŞ liderliyindəki koalisiya Nüsrə cəbhəsini qoruyur. Son vaxtlar koalisiyanın Nüsrə cəbhəsini qoruması ilə bağlı dəlillər ortaya çıxıb. Bu təhlükəli oyunu sona çatdırmaq lazımdır."

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ liderliyindəki koalisiya qüvvələrinin İŞİD terror təşkilatı ilə əlaqəsi haqqında danışarkən deyib.

İŞİD-in yeni müttəfiqlərin köməyi ilə gedikcə böyüdüyünü söyləyən Lavrov böhrandan çıxış yolunun terrorla mübarizədə tək cəbhə yaradılması olduğunu bildirib.

Qeyd edək ki, Nüsrə cəbhəsi Əl Qaidə terror təşkilatının Suriya qanadıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə