Şröyder almanları Trampa qarşı mübarizəyə çağırdı

Şröyder almanları Trampa qarşı mübarizəyə çağırdı

Avropada sülh və stabillik yalnız almanların Rusiya ilə xoş münasibətləri olacağı təqdirdə mümkün olacaq. Axar.az xəbər verir ki, bunu Almaniya Sosial Demokrat Partiyasının qurultayında çıxışı zamanı Almaniyanın eks-kansleri Gerhard Şröyder söyləyib.

“Bizim partiya Berlinlə Moskvanın düzəlməsi üçün çox iş görə bilər. Mən öz partiyadaşlarımı Trampın hakimiyyəti dönəmində ABŞ-ın xarici və ticarət siyasəti ilə qarşı mübarizə aparmağa çağırıram” – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə