Ərdoğan İrana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı aylarda İrana səfər edəcək. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin İrandakı səfiri Rza Hakan Təkin deyib. O bildirib ki, Ərdoğanın səfəri Həsən Ruhaninin andiçmə mərasimindən və yeni hökumət kabinetini formalaşdırmasından sonra baş tutacaq.

Səfir səfər çərçivəsində Tehranda Türkiyə-İran Ali Səviyyəli Əməkdaşlıq Şurasının 4-cü toplantısının keçiriləcəyini də vurğulayıb. Qeyd edək ki, hal-hazırda Türkiyə ilə İranın ticarət həcmi 11 milyard dollar təşkil edir. Tərəflər bu rəqəmi 30 milyarda qaldırmağı hədəfləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə