Pakistanda partlayış olub

Pakistanın şimal-qərbində bazarda baş verən 2 partlayış nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yaralıların sayının 150 nəfərdən çox olduğu bildirilir.

Partlayışlar Paraçinar şəhərinin ticarət rayonunda yerli sakinlərin Ramazan bayramı ilə əlaqədar bazarlıq etdikləri zaman baş verib.

Partlayışlara görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə