Misir Prezidenti Ramazan bayramına görə 500-dən çox məhbusu azad etdi

Misir Prezidenti Ramazan bayramına görə 500-dən çox məhbusu azad etdi

Misir Prezidenti Əbdülfəttah Sisi Ramazan bayramı ilə əlaqədar 500-dən çox məhbusun əfv olunması barədə fərman imzalayıb. Trend-in məlumatına görə, əfv olunanların böyük əksəriyyəti icazəsiz mitinqlərdə iştiraka görə həbs olunan şəxslərdir.

Qeyd edək ki, ötən il də Misir prezidenti Ramazan bayramı ilə əlaqədar 300-dən çox məhbusu əfv etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə