ABŞ hökumətinin rəsmi nümayəndələri bəyan ediblər ki, Şimali Koreya qitələrarası ballistik raketlərdə istifadə edilə bilən mühərrikin dartı qüvvəsini sınaqdan keçirib. Bu barədə NHK telekanalı məlumat yayıb. Məlumatda qeyd edilir ki, iyunun 21-də sınağı keçirilən həmin mühərrik süni peyklərin buraxılışı üçün də istifadə edilə bilər. Mütəxəssislərin qənaətinə görə, belə sınaqlar uzaq məsafəli ballistik raketlər üçün nəzərdə tutulur.
Bu, mart ayından sonra Şimali Koreyanın ABŞ tərəfindən təsdiq olunan ilk mühərrik sınağıdır. Şimali Koreya özü də bəyan edib ki, ölkədə ballistik raketlər üçün yeni mühərrik uğurla sınaqdan keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB