ŞOK iddia: İvana Tramp ABŞ-ın Çexiyadakı səfiri olmaqdan imtina edib

ŞOK iddia: İvana Tramp ABŞ-ın Çexiyadakı səfiri olmaqdan imtina edib

ABŞ-ın hazırkı prezidentinin birinci həyat yoldaşı, milliyyətcə çex olan İvana Tramp (qızlıq soyadı Zelniçkova) daha ABŞ-ın Çexiyadakı səfiri olmaqdan boyun qaçırıb. TASS informasiya agentliyi xəbər verir ki, keçmiş həyat yoldaşı ABŞ prezidenti seçildikdən sonra Çexiyada səfir postu uğrunda aktiv çalışan İvana Tramp Miloş Zemanın da dəstəyini qazanmışdı. Onun bu postdan imtinasına münasibət bildirən Çexiya Prezidenti Miloş Zeman İvana Trampın öz ölkəsinə münasibətdə hiss etməli olduğu məsuliyyətdən qorxaqcasına qaçdığını deyib.

Donald Tramp İvana Zelniçkova ilə 1977-ci ildə ailə həyatı qurmuşdu. 1992-ci ildə ayrıldıqları zaman onların üç uşağı var idi. Ağ evin hazırkı sahibinin amerikalı aktrisa Marla Meyplzlə evliliyi 1993-cü ildən 1999-cu ilədək sürüb. 2005-ci ildə isə milyarder ABŞ-a Sloveniyadan gəlmiş Melane ilə ailə həyatı qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə