Tokioda sərnişin təyyarəsi qəza enişi edib

Tokioda sərnişin təyyarəsi qəza enişi edib

ABŞ-ın “Delta” şirkətinə məxsus sərnişin təyyarəsi iyunun 22-də axşam Tokionun beynəlxlaq Haneda aeroportunda qəza enişi edib. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Təyyarə Cənubi Koreyanın İnçxon aeroportundan havaya qalxıb və DL26 reysi üzrə Atlantaya uçurmuş. Agentliyin bildirdiyinə görə, uçuş zamanı təyyarədə problem yaranıb və göyərtədə tüstü müşahidə edilib. Bundan sonra təyyarənin yaxınlıqdakı Haneda aeroportuna enməsi barədə qərar qəbul edilib.

AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə