Nigeriyada iki qəbilə arasında baş verən davada 100-dən çox insanın həlak olduğu iddia edilir. Axar.az xəbər verir ki, dava Taraba əyalətində Fulaniler ilə Mambilla qəbilələri arasında “heyvan oğurluğu və örüş problemi” səbəbindən düşüb. Bölgədə yerləşən 180-dən çox Fulani kəndinin hücuma məruz qaldığı, nəticədə bir çox ailənin evini tərk etməyə məcbur olduğu bildirilir.
Hücum zamanı maldarlıqla dolanan Fulanilərə məxsus 4 mindən çox iribuynuzlu heyvan oğurlanıb. Toqquşmalar hələ də davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB