Türkiyədə zəlzələ olub

Türkiyənin İzmir şəhərinin yaxınlığında 5,0 bal gücündə zəlzələ olub. SİA-nın verdiyi məlumata görə, zəlzələnin episentri 9,88 km dərinlikdə Egey dənizində yerləşib.

Yeraltı təkanlar İzmir vilayətinin Qaraburun rayonunun yaxınlığında hiss edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə