ABŞ qırıcısı Hyuston şəhərində qəzaya uğrayıb

ABŞ qırıcısı Hyuston şəhərində qəzaya uğrayıb

ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Hyuston şəhəri (Texas ştatı) yaxınlığında qəzaya uğrayıb. Bu barədə CBS telekanalı xəbər verib.

Məlumata görə, uğurla katapult edən pilot sağ qalıb. Ona müvafiq tibb yardım göstərilib. Təyyarənin yerə düşdüyü ərazidə yanğın başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Qəzanın səbəbləri barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə