Belçikada öldürülən kamikadze İŞİD tərəfdarı imiş

Belçikada öldürülən kamikadze İŞİD tərəfdarı imiş

Belçikanın paytaxtı Brüsselin mərkəzi vağzalında öldürülən kamikadzenin İŞİD tərəfdarı olduğu üzə çıxıb. Axar.az xəbər verir ki, Belçika polisi Molenbeekdə yaşayan terrorçunun evində axtarış aparan zaman partlayıcı maddələr və İŞİD-ə aid müxtəlif təbliğat materialları aşkar edib.

Xatırladaq ki, srağagün Brüsselin mərkəzi vağzalında naməlum kamikadze polis tərəfindən odlu silahla zərərsizləşdirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə