Suriya ordusu ABŞ-ı hədələdi: "PYD mövqelərinə ağır zərbələr endirəcəyik"

Suriya ordusu ABŞ-ı hədələdi: "PYD mövqelərinə ağır zərbələr endirəcəyik"

Suriya ordusu təyyarənin vurulmasına cavab olaraq ABŞ-ın nəzarəti altında olan PYD mövqelərinə ağır zərbələr endirəcək. Axar.az xəbər verir ki, bu sözləri Suriya hökumətinin nümayəndəsi Əbu Əmmar deyib. O bildirib ki, Suriya qırıcısının vurulduğu bölgə təhlükəsiz ərazi sayılır:

“Modern texnologiyalar sayəsində təyyarənin düşdüyü yeri müəyyənləşdirdik. Bu, terrorçuların nəzarətində olan ərazidir. Suriya ordusunun xüsusi təyinatlıları pilotu xilas etdi. Onun səhhəti normaldır. Suriya-İraq sərhədinə nəzarət gücləndiriləcək və terrorçuların Deyr əz-Zordan İordaniyaya gedən yolları kəsiləcək”.

Qeyd edək ki, 2 gün öncə Suriya qırıcısı ABŞ koalisiyası tərəfindən Rakka bölgəsində vurulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə