Moskva ABŞ-ın Rusiyaya sanksiyaları genişləndirməklə bağlı son qərarına qarşı cavab tədbirləri hazırlayır. Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov RİA-ya deyib. “Biz ABŞ-ın bu addımına təəssüflənirik. Həm də ona görə ki, ABŞ bizi cavab tədbirlərinə vadar etməklə növbəti dəfə münasibətlərin nizamlanması imkanlarını qaçırdı”, - Ryabkov bildirib.
Qeyd edək ki, bu gün ABŞ Maliyyə Nazirliyi Rusiyanın İqtisadi İnkişaf nazirinin müavini Sergey Nazarov da daxil olmaqla, Ukrayna hadisələri ilə bağlı Rusiya və Donbasdan olan daha 38 şəxs və təşkilata qarşı sanksiya tətbiq edib. Sanksiyaya Krımın 6 bankı da məruz qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB