Misir polisi İsgəndəriyyə yaxınlığında “Müsəlman qardaşları” hərəkatının döyüş cinahı olan “Xasm” terrorçu qruplaşmasının üç üzvünü məhv edib. Bu barədə məlumat ölkənin Daxili İşlər Nazirliyinin rəsmi bəyanatında yer alıb.
Nazirliyin məlumatına görə, terrorçu fəaliyyətinə görə axtarışa verilmiş silahlı qruplaşmanın üzvləri İsgəndəriyyə yaxınlığında yaşayış məntəqələrindən birində boş mənzildə gizlənirmişlər. Radikallar polisə silah tətbiq edəndən sonra qarşı tərəf atəş açaraq onları məhv edib. Həmçinin iki avtomat silah və döyüş sursatları aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB