Londonda itkin düşənlərin sayı artıb

Londonda itkin düşənlərin sayı artıb

Londondakı "Grenfell Tower" yaşayış binasında baş verən yanğın nəticəsində ölən və itkin düşənlərin sayı 79-a çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Skotlend-yardın nümayəndəsi Stüart Kandi xəbər verib. “Bu günə olan məlumata əsasən, 79 nəfərin itkin düşdüyünü və çox güman, ölmüş sayıldığını təəssüflə etiraf etməliyəm” -deyə, S. Kandi fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə