Gərginliyə baxmayaraq Türkiyədən İsrailə avtomobil ixracı artıb

Gərginliyə baxmayaraq Türkiyədən İsrailə avtomobil ixracı artıb

Aralarındakı gərginliyə baxmayaraq İsrailin Türkiyədən idxal etdiyi avtomobillərin sayı artıb. SİA-nın Türkiyə mətbuata istinadən verdiyi məlumata görə, İsrail Avtomobil İdxalatçıları Dərnəyi Türkiyədən İsrailə avtomobil ixracının ilin ilk səkkiz ayında artdığını açıqlayıb.

 

2009-cu ilin ilk səkkiz ayında Türkiyədən idxal edilən avtomobilin sayı ümumi idxalatın 7,9 faizini təşkil etdiyi halda, bu ilin müvafiq dövründə Türkiyənin bazar payı 10 faizə çıxıb. İdxal edilən avtomobil sayı isə 14 min 200-ü keçib. İsrailin Türkiyədən idxal etdiyi avtomobil markaları arasında "Ford Connect" və "Ford Tranzit", "Hyundai Accent" və "Hyundai Matrix", "Toyota Auris" və "Toyoto Verso", "Renault Clio", "Renault Megane", "Renault Fluence" və "Renault Symbol" ilə yanaşı "Peugeot Partner" və "Honda Civic", "Fiat" mühüm yer tutur.

 

Dərnəyin məlumatına görə, Yaponiyada istehsal olunan avtomobillər İsrail bazarında böyük paya sahib olsa da geriləmə müşahidə olunur. Belə ki, yaponların İsrail avtomobil bazarındakı payı bu ilin ilk səkkiz ayında 40,3 faizdən 35,3 faizə qədər aşağı düşüb. Cənubi Koreyadan idxal olunan avtomobil payı da 11,8 fazidən 9 faizə qədər geriləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə