Londonda terrorçular sakinlərə hücum edib

Londonda terrorçular sakinlərə hücum edib

Londonda məscidin yaxınlığında naməlum şəxslər avtomobili kütlənin üzərində sürüblər. Daha sonra bıçaqla silahlanmış şəxs avtomobildən düşərək insanlara hücum edib.

RİA Novosti agentliyi xəbər verir ki, insident nəticəsində azı bir nəfər xəsarət alıb. Hadisənin törədən avtomobildə 3 nəfərin olduğu bildirilir. Onlardan biri polis tərəfindən saxlanılıb, digər iki nəfər isə qaçmağa müvəffəq olub. Hadisənin terrorla əlaqəli olub-olmaması araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə