Yəmənə bomba yağdı: 24 ölü

Ölənlər dinc sakinlərdir

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəmənin Saada əyalətinə endirdiyi aviazərbə nəticəsində 24 dinc sakin ölüb.

“Saba” agentliyinin xəbərə görə, bombardman gecə saatlarında baş verib. Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Şada rayonunda El-Maşnak bazarı bombalanıb. Nəticədə 24 nəfər ölüb, 1 nəfər yaralanıb.

Qeyd edək ki, 2014-cü ilin avqustunda Yəməndə hökumət qüvvələri ilə qiyamçı husilər arasında qarşıdurma başlayıb. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb koalisiyası husilərə hava zərbəsi endirir. İndiyə qədər 10 min din sakin, o cümlədən 2,4 min uşaq və 2 min qadın həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə