Portuqaliyada meşə yanğınlarına görə 3 günlük matəm elan olunub

Portuqaliyada meşə yanğınlarına görə 3 günlük matəm elan olunub

Portuqaliyanın mərkəzindəki Pedrogao regionunda başlayan meşə yanğınları nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb. Ölkə tarixinin ən böyük meşə yanğınlarının ağır nəticələri ilə bağlı Portuqaliyada 3 günlük matəm elan olunub. Bəzi yaşayış məntəqələri alovlanmış meşələrin əhatəsində qalıb. Həlak olan vətəndaşların əksəriyyəti avtomobillərdə yanğının əhatəsində qalaraq oradan çıxa bilməyiblər.

Hazırda 500 çox portuqaliyalı yanğınsöndürən alovla mübarizə aparır. İspaniya yanğınsöndürənləri qonşu ölkəyə yardıma gəlirlər. Yanğınların başvermə səbəbi kimi güclü ildırımın çaxması nəticəsində ağacların alışması, güclü küləyin və 40 dərəcə istinin olması göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə