Yanğın nəticəsində ölənlərin sayı 57- yə çatıb

Portuqaliyanın mərkəzindəki Pedrogao regionunda başlayan meşə yanğınları nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb
Yanğın nəticəsində ölənlərin sayı 57- yə çatıb

Portuqaliyanın mərkəzindəki Pedrogao regionunda başlayan meşə yanğınları nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb. SİA-nın xəbərinə görə, hökumət orqanları bu sayın artacağını istisna etmir. Həlak olan vətəndaşların əksəriyyəti avtomobillərdə yanğının əhatəsində qalaraq oradan çıxa bilməyənlərdir. Hazırda 500-dən çox portuqaliyalı yanğınsöndürən fəlakətlə mübarizə aparır. İspaniya yanğınsöndürənləri qonşu ölkəyə yardıma gedirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə