Bu gün Fransada parlamentin aşağı palatasına seçkilərin ikinci turu keçirilir.
Bu gün Fransada parlamentin aşağı palatasına seçkilərin ikinci turu keçirilir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, prezident Emmanuel Makoronun "İrəli, Respublika" Partiyasının 577 yerə malik parlamentdə 415-445 mandat qazanacağı proqnozlaşdırılır.
Qeyd edək ki, iyunun 11-də parlament seçkilərinin birinci turunda E. Makronun partiyası 28,21 faiz, Respublika Partiyası 15,77 faiz, Maria Le Penin Milli Cəbhə Partiyası 13,2 faiz, Fransa Müqavimət Partiyası 11,02 faiz və Sosialist Partiyası 7,44 faiz səs qazanaraq ikinci tura keçib. Birinci turda seçici fəallığı 48,71 faiz olub
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB