Vanuatunun prezidenti vəfat edib

Vanuatunun prezidenti Baldvin Lonsdeyl vəfat edib. SİA-nın verdiyi məlumata görə, bu barədə Yeni Zelandiyanın radiosu xəbər verir.

Bildirilir ki, prezident ürək tutmasında vəfat edib. Baldvin Lonsdeyl bu vəzifəni 2014-ci ildən tutub.

Ölkə konstitusiyasına əsasən, yeni prezident 3 həftə ərzində parlament üzvləri və regional hökumət nümayəndələri tərəfindən seçilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə