Latviya parlamenti sirkdə vəhşi heyvanlardan istifadəni qadağan edib
Latviya parlamenti (Seym) sirkdə vəhşi heyvanlardan istifadəni qəti surətdə qadağan edib. "Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Seym dünən son oxunuşda müvafiq qanuna bununla bağlı düzəlişləri təsdiq edib.
Qeyd edək ki, sirk nümayişlərində vəşhi heyvanlardan istifadənin qadağan edilməsi təşəbbüsü ilə 2015-ci ildə ölkənin Ərzaq-Baytarlıq Xidməti çıxış edib. Vəşhi heyvanların sirkdə istismarı bir çox Avropa ölkələrində qadağan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB