Malayziyanın Kral Hava Qüvvələrinə məxsus hərbi təyyarə radarlardan itib. Bu barədə “News Asia” telekanalı Silahlı Qüvvələrin bəyanatına istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, təyyarə Kuantan şəhərində aviabazadan havaya qalxıb və yarım saatdan sonra Paxanq və Terenqqanu rayonlarının sərhədində onunla əlaqə kəsilib. Axtarış-xilasetmə əməliyyatları aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB