San-Fransiskoda atışmada ölənlərin sayı 4 nəfərə çatıb

San-Fransiskoda atışmada ölənlərin sayı 4 nəfərə çatıb

San-Fransiskoda UPS post şirkətinin binasında baş verən atışmada ölənlərin sayı 4 nəfərə çatıb. Polislə atışmada yaralanan silahlı şəxs xəstəxanada ölüb. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Şahidlərin dediyinə görə, şirkətin uniformasında olan şəxs qəflətən insanlara atəş açmağa başlayıb. Əməkdaşlar onun şirkətin işçisi olduğunu deyiblər. Polis binanı boşaldaraq yoxlama aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə