London yanğınında ölənlərin sayı 12-yə çatıb

London yanğınında ölənlərin sayı 12-yə çatıb

Londondakı “Grenfell Tower”da baş vermiş güclü yanğında ölənlərin sayı 12-ə çatıb. Hadisə nəticəsində ictimai nəqliyyatda da problemlər yaranıb.

Güclü yanğın zamanı binanın 10-cu mərtəbəsindən bir qadın uşağı aşağı atmaq məcburiyyətində qalıb. Körpə vətəndaşlar tərəfindən tutularaq xilas edilib. Ümumiyyətlə xeyli sayda insan yanğın zamanı binadan özünü aşağı atmağa cəhd göstərib.

Yanğının səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə