İran YUNESKO-nun sənədini ləğv edib

İran YUNESKO-nun sənədini ləğv edib

İranın Ali Mədəni İnqilab Şurası iyunun 13-ü YUNESKO-nun hökumət tərəfindən qəbul edilən “Təhsil-2030” sənədini ləğv edib. Axar.az xəbər verir ki, Şuranın iclasına İran Prezidenti Həsən Ruhani və digər rəsmilər qatılıb.

Sənədin ləğvi hakimiyyətin radikal qanadına bağlı ruhanilərin, o cümlədən də İranın dini lideri Əli Xameneinin son çıxışlarının birində bu sənədə qarşı çıxmasından və onun ölkədə icrasının yolverilməz olduğunu bildirməsindən bir neçə gün sonraya təsadüf edib.

İclasda məsələ ətrafında danışıldıqdan sonra bildirilib ki, YUNESKO-nun “Təhsil-2030” sənədi ölkədə hazırlanmış Təhsildə köklü dəyişiklik qanununa zidd olduğuna görə gündəmdən çıxarılaraq ləğv edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə