Əhvalını korlama, arxandayıq. Azadlığına qovuşana qədər mübarizəyə davam edəcəyik. Axar.az xəbər verir ki, bu sözləri CHP lideri Kamal Kılıçdaroğlu millət vəkili Enis Bərbəroğlu haqqında həbs qərarından sonra onunla saxladığı telefon əlaqəsi zamanı deyib.
Millət vəkilinin həbsinə CHP-dən sərt reaksiyalar gəlib. CHP qrup sədrinin müavini Engin Altay bildirib ki, bu, CHP-yə qarşı dövlət zorakılığıdır: "Bu, "yaşasın demokratiya" deyən bütün topluma bir gözdağıdır”.
Qeyd edək ki, Enis Bərbəroğlu "dövlət sirrini casusluq məqsədilə yaymaqda" suçlu bilinərək, bu gün 25 il müddətinə azadlıqdan məhrum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB