Rumıniya hava qüvvələrinə məxsus “Miq-21 Lancer” təyyarəsi iyunun 12–də Bolqarıstan hava qüvvələri ilə birlikdə keçirilən “Thracian Eagle 2017” hərbi təlimlər zamanı qəzaya uğrayıb.
Müdafiə nazirliyinin məlumatına əsasən, hərbi bazaya qayıdan zaman pilot təyyarənin mühərrikində ciddi texniki problemlərin olduğunu bildirib. Təyyarə Konstansanın Mixail Koqelniçanu aeroportu yaxınlığında düşüb. Pilot katapultasiya edib və helikopterlə xəstəxanaya çatdırılıb. Hadisəni Rumıniya prokurorluğu araşdırır.(AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB