Yunanıstanın iki adasında güclü zəlzələ baş verib

Yunanıstanın iki adasında güclü zəlzələ baş verib

Yunanıstanın Lesbos və Xios adaları arasında 6,1 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, təkanlar Lesbos adasında dağıntıya səbəb olub. Xüsusilə də adanın cənubundakı Plomari şəhəri zəlzələdən zərər görüb. Burada yaşayış evləri dağılıb, bir qadının xəsarət aldığı bildirilir. Amma dağıntılar barədə hələlik rəsmi məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə