Rusiyanın Zabaykalye bölgəsində ağır yol qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sərnişin avtobusunun aşması nəticəsində baş verən qəzada 11 nəfər həyatını itirib.
Hadisə dünən axşam saatlarında Baykal federal avtomobil magistralında qeydə alınıb. Avtobusda 50-dən çox sərnişin olub. Sərnişinlərin, demək olar, hamısı müxtəlif bədən xəsarətləri alıb.
Hazırda qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB