Epidemiyadan ölənlərin sayı 859 nəfərə çatıb

Epidemiyadan ölənlərin sayı 859 nəfərə çatıb

Cari ilin 27 aprel tarixindən etibarən Yəməndə vəba epidemiyasından ölənlərin sayı 859 nəfərə çatıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölüm halları Yəmənin 20 əyalətində qeydə alınıb. Vəba əlaməti ilə xəstəxanalara 116 min 700 nəfər müraciət edib ki, onların da 46 faizi yaşı 15-dən aşağı olan uşaqlardır.

Yaşı 60-dan yuxarı olan əhalinin isə 33 faizi epidemiyanın qurbanı olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə