Şanxay şəhərinin iki beynəlxalq hava limanında leysan yağışları səbəbindən 400-dən çox reys ləğv edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Pudun və Xuntsyao aeroportlarının ötürmə qabiliyyəti 50 faiz aşağı düşüb, ləğv olunan reyslərlə yanaşı, 200-dən çox aviareys ən azı 2-4 saat gecikmə ilə həyata keçirilib.
Hava şəraiti, həmçinin Şanxay yaxınlığında yerləşən Nankin və Xançjou şəhərlərinin hava limanlarına da təsir göstərib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB