Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Axar.az xəbər verir ki, buna səbəb Ərdoğanın fransız jurnalist Matias Depardonun ekstradisiyasına izn verməsi olub. Matias Depardon ilə telefon danışıqlarından sonra onun peşəsinə davam edəcəyini söyləyən Makron, “Ərdoğan lazım olanı etdi, bu jestinə görə ona da təşəkkür edəcəm”, - deyə bildirib.
Qeyd edək ki, Makron Ərdoğanla görüşdə fransız jurnalistin azadlığa buraxılmasını xahiş etmişdi. Prezident Ərdoğan isə ötən gün Depardonun ekstradisiyası ilə bağlı sərəncam imzaladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB