İyunun 7-də İranda törədilən terror aktlarından sonra genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilib. İran Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda bildirilir ki, ölkənin Kermanşah, Kürdüstan, Qərbi Azərbaycan və Tehran vilayətlərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı 41 nəfər həbs edilib. Həbs olunanların evlərində və iş yerlərində aparılan axtarışlar zamanı sənədlər, texniki cihazlar aşkarlanıb və onların İŞİD terror qruplaşmasının üzvləri olduqları müəyyən edilib. Həbs olunanlar hazırda dindirilirlər.
Məlumatda, həmçinin qeyd olunur ki, əməliyyat-axtarış tədbirləri hələ bir müddət davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB