"NATO Rusiya ilə dialoqa hazırdır"

"NATO Rusiya ilə dialoqa hazırdır"

NATO Rusiya ilə dialoqa hazırdır və yeni “silah yarışı” başlamaq istəmir. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Rusiya bizim qonşumuzdur və qonşumuz olaraq qalacaq. NATO yeni “soyuq müharibə”və “silah yarışı” başlamaq istəmir. Dialoqu isə Rusiya-NATO Şurası xətti ilə bərpa etmək mümkündür”, deyə Y.Stoltenberq bildirib. Bununla belə baş katib qeyd edib ki, Rusiya Şərqi Avropada vəziyyəti qeyri-stabillik yaratmaqda davam edir. Bu səbəbdən Alyans Baltikyanı ölkələr, Polşa, Rumıniya və Bolqarıstanda hərbi iştirakını artırmaq məcburiyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə