Britaniyada keçirilən növbədənkənar parlament seçkilərində “exit poll”un ilkin nəticələri açıqlanıb. Nəticələrə görə, Baş nazir Tereza Meyin rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası parlamentdə 314 yerə sahib çıxıb. Bundan əvvəl mühafizəkarlar parlamentdə 330 deputatla təmsil olunurdu. Əvvəlki parlamentdə 232 deputatla təmsil olunan leyboristlər isə seçkinin ilkin nəticələrinə görə, 266 yer əldə edib. Sonrakı yerlərdə Şotlandiya Milli Partiyası (34 yer), Liberal Demokrat Partiyası (14 yer) və digərləri gəlir.
Təkbaşına hökumət qurmaq istəyən partiya 326 deputat yerinə malik olmalıdır.
“Exit poll”un nəticələri açıqlanmaqda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB