FTB-nin sabiq direktoru: “Mən Rusiyaya görə vəzifədən kənarlaşdırıldım”
ABŞ Federal Təhqiqatlar Bürosunun sabiq rəhbəri Ceyms Komi vəzifədən kənarlaşdırılmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, onun FTB direktoru vəzifəsindən azad olunmasına səbəb ölkədə keçirilmiş prezident seçkilərinə Rusiya müdaxiləsinin araşdırılması olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Senatın kəşfiyyat üzrə xüsusi komitəsində keçirilən dinləmələr zamanı senatorlardan biri Ceyms Komidən vəzifədən getməsinə səbəbin Rusiya müdaxiləsinin istintaqının olub-olmadığını soruşub. “Bəli, mən belə hesab edirəm, çünki prezident bu cür deyib”, - deyə Komi qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB