Somalidə qanlı olay: Azı 70 nəfər ölüb

Somalidə qanlı olay: Azı 70 nəfər ölüb

Somalinin yarı muxtar vilayəti sayılan Puntlənddə Af-Urur hərbi bazasına Əş-Şəbab qruplaşması tərəfindən təşkil edilən hücum nəticəsində azı 70 nəfər ölüb. Axar.az xəbər verir ki, 100-ə yaxın terrorçunun 3 istiqamətdən bazaya hücuma keçdiyi və hərbçiləri geri çəkilməyə məcbur etdiyi bildirilib.

Terrorçular arasında kamikadzelərin də olduğu məlum olub. Qeyd edək ki, bu, Əş-Şababın son illər törətdiyi ən qanlı hücum sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə