Tehran 7 iyun sabahını iki terror hadisəsi ilə açdı. Eyni anda İran Məclisində və Xomeyni Türbəsində törədilən hadisələr zamanı 12 nəfər öldü, 40 nəfər yaralandı. Qanlı olayın detalları açılmamış hadisənin hansı qurplaşma tərəfindən törədildiyi də bəlli oldu. İraq Şam İslam Dövləti (İŞİD) Tehrandakı hadisələri üslənərək bunu İran üçün başlanğıc adlandırdı. Beləliklə, hər zaman çox ciddi təhlükəsizlik tədbirləri ilə seçilən İran terror zəlzələsi ilə sirkələndi. Düzdür hadisəni İŞİD üslənsə də İran xüsusi xidmət orqanları sifarişçinin Səudiyyə Ərəbistanı olduğunu və axıdılan qanların qarşılıqsız qalmayacağını bildirir.
Qətərdən başlanan İran hücumu
Siyasi analitiklərin fikrincə, Qətərə qarşı islam ölkəkərinin blokada siyasəti əslində elə İrana mesaj idi. Doha Tehranla birlikdə terroçuların maliyələşdirilməsində təqsirli bilinir. Nəticə isə belə oldu ki, Qətər geoasiyasi baxımdan olduqca çıxılmaz vəziyyətdə qaldı və indi təcrid siyasəti ilə üzləşir. Əslində bu Qətərə qarşı ilkin addımdır. Hazırda bu ölkəninin sahiblərinin bang hesablarının dondurulması, iqtisadi baxımdan bütün əlaqələrin kəsilməsi, neft qaz sahəsində avropa ölkələri ilə imzalanan razılaşmaların öz qüvvəsini itirməsi kimi oduqca ciddi təkliflər müzakirə olunur. Görünür siyasi mənzərə dəyişməsə Qətəri də İranın aqibəti gözləyir.
Trampın planı. İran Qətəri vurdu
Bütün bu prosseslərin məhz ABŞ prezidenti Donald Trampın Səudiyyəyə səfərindən sonra surətlənməsi xüsusi ilə diqqət çəkir. Aydın oldu ki, Obama admnistariyasından fərqli olaraq Trampın komandası Irana qarşı siyasətini daha proqmatik və olduqca radikal şəkildə həyata keçirəcək. Qətərin İranın dostu kimi təqdim edilməsi, çox qısa zamanda sanksiyaların tətbiqi İran sunamisinin Qətəri vurması ilə nəticələndi desək yanılmarıq.
Qanlı olayın pərdə arxası
Hələlik Tehranın iddialarına Səudiyyə krallığından cavab gəlməyib. Lakin mövcud siyasi prosseslər bölgədə daha təhlükəli oynların başlanğıcı, yeni müharibənin xəbərdarlığı ola bilər. Məlumdur ki, Suriya siyasəti və bir sıra faktorlar İranı sevilməyən dövlət imici yaradıb. Ərəblər isə bu ölkəni müsəlmanların kor bağırsağı və şeytan yuvası adlandırır. Heç şübhəsiz ki, bu siyasi böhran dərinləşdikcə prosseslərə digər aktorların da qoşulacağı dəqiqdir. Bu isə dünya üçün daha dəhşətli nəticələr deməkdir. Hələik onu əminliklə söyləmək olar ki, artıq bəzi kartlar açılıb. Soyuq müharibə hərbi müstəviyə keçməkdədir.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB