İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Ankaraya səfər edib. Trend-in məlumatına görə, səfər zamanı nazir türkiyəli həmkarı ilə Qətər böhranını və digər regional məsələləri müzakirə edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv və Mavrikiy də qoşulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB