Seneqaldan ŞOK addım: Qətərdəki səfirini geri çağırdı

Seneqaldan ŞOK addım: Qətərdəki səfirini geri çağırdı

Seneqal Qətərdəki səfirini geri çağırdığını elan edib. Bu barədə Seneqal Xarici İşlər Nazirliyi bəyanat verib. Səfirin məsləhətləşmələr üçün geri çağırıldığı bildirilib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Mavrikiy və Qəmər adaları da qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə