Myanmada hərbi təyyarə radardan itib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində 11 nəfər ekipaj üzvləri daxil olmaqla ən azı 116 nəfər olub.
Təyyarənin Andman dənizi üzərindən uçan zaman radardan itdiyi deyilir. Məlumata görə, hərbi təyyarə hərbiçilərin ailəsini ölkənin cənubuna gətirirmiş.
Qeyd edək ki, təyyarənin axtarışı ilə bağlı axtarış-xilasetmə əməliyatları keçirilir. Lakin hələlik heç bir məlumat yoxdur.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB