Türkiyənin Hakkari vilayətində keçirilən antiterror əməliyyatları zamanı PKK terrorçuları əsgərlərə hücum edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terrorçuların Hakkari-Çukurca magistral yolu ilə hərəkət edən hərbi maşına minaatanlarla hücum etmələri nəticəsində bir əsgər həlak olub, altısı yaralanıb.
Digər bir məlumata əsasən, Çukurcanın Ormanlı kəndində hərbi avtomobil qəzaya uğrayıb, nəticədə 12 əsgər xəsarət alıb.
Yaralı əsgərlərdən birinin vəziyyəti ağırdır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB