Tehran metrosunda qatarlar toqquşdu, 48 nəfər xəsarət aldı

Tehran metrosunda qatarlar toqquşdu, 48 nəfər xəsarət aldı

İranın paytaxtı Tehranda metropoliten qatarlarının toqquşması nəticəsində ən azı 48 nəfər xəsarət alıb. Bu barədə İran dövlət televiziyası məlumat yayıb. Metropoliten sözçüsü Ehsan Mokkaddamın sözlərinə görə, tuneldən çıxan qatar “Taraş” stansiyasında digər qatarla toqquşub.

Qeyd edək ki, hadisə dünən yerli vaxtla 18:15-də baş verib. Yaralıların şəhərdəki 3 xəstəxanaya aparıldığı deyilib.

Bütün xəbərlər Facebook səhifəmizdə