Stokholmun cənubunda yerləşən Orsta rayonunun mərkəzində naməlum şəxslər yolun kənarında saxlanılan maşını yoxlayan polis əməkdaşlarına odlu silahlardan atəş açıb.
Bu barədə məlumatı İsveç KİV-ləri yerli polisə istinadən yayıb.
Polis rəsmilərinin jurnalistlərə verdiyi məlumata əsasən, silahlı hücuma məruz qalan polis əməkdaşları özlərini müdafiə etmək üçün tabel silahından istifadə ediblər.
Xoşbəxtlikdən atışma nəticəsində ölən olmasa da, hücum edənlərdən biri yaralanaraq yerli hospitala yerləşdirilib. Digər hücum edən şəxsi isə polis həbs edib.
Hadisə ilə bağlı polis araşdırmaya başlayıb, hadisənin törədən şəxslərin adları istintaqa görə qizli saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB