Cənubi Sudanın şimalındakı Gogrial əyalətində qəbilələr arasında baş verən qarşıdurmada ən azı 38 nəfər həyatını itirib, 35 nəfər yaralanıb. Anadolu agentliyi məlumat verir ki, münaqişə otlaq ərazi və su bölgüsü üstündə yaranıb.
Əyalətin qubernator müavini Agoth Melin sözlərinə görə münaqişə ölkənin ən böyük etnik qrupu Apuk və Aguok qəbilələri arasında baş verib.
Melin sözlərinə görə, Cənub Sudanda baş verən münaqişələrin və kütləvi qırğınların əsas səbəblərindən biri ölkədə qeyri-sabitliyin hökm sürməsi və vətəndaşların əlində silahın olmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB