Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) fəaliyyəti ilə əlaqədar icra edilən istintaq çərçivəsində jandarm qüvvələrindəki fətullahçılara qarşı əməliyyat keçirilib.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ankara prokurorluğunun təlimatı ilə 20 vilayətdə əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Əməliyyat nəticəsində 16-sı zabit, 19-u gizir olmaqla, 35 nəfər saxlanılıb. Saxlanılan şəxslər FETÖ-ya üzv olmaqda şübhəli bilinirlər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB