Türkiyə DİN xəbərdarlıq etdi

Türkiyə DİN xəbərdarlıq etdi

Türkiyə Daxili İşlər Nazirliyi 130 nəfərin vətəndaşlıqdan çıxarılacağı barədə məlumat yayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nazirlik FETÖ lideri Fətullah Gülən, Xalqların Demokrat Partiyası (HDP) millət vəkilləri Faysal Sarıyıldız və Tuğba Həzər, sabiq HDP-li millət vəkili Özdal Üçər də daxil olmaqla, ümumilikdə, 130 nəfər barədə xəbərdarlıq yayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə